İspaniyanın "Real" klubu 2022/2023 mövsümü üçün olan maliyyə hesabatını açıqlayıb.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi başa çatan mövsümü 12 milyon avro gəlirlə başa vurub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Kral klubu" futbolçu satışları nəzərə alınmadan son "futbol ili"ndə 843 milyon avro gəlir əldə edib. Klubun 30 iyun 2023-cü il tarixinədək olan ümumi borcu isə 47 milyon avro təşkil edir.
Qeyd edək ki, "Real" 2022/2023 mövsümündə İspaniya La Liqasını ikinci pillədə başa vurub. Ölkə kubokunu qazanan paytaxt təmsilçisi Çempionlar Liqasında isə yarımfinalda mübarizəni dayandırıb.
saytlarin hazirlanmasi