"Barselona"nı "İnter Mayami"yə dəyişdi

09:56 - 19 İyul 2023

"Barselona"nın sabiq müdafiəçisi Jordi Alba "İnter Mayami"yə keçib.

Sportal.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Twitter" səhifəsində yazıb.

Mənbənin məlumatına görə, ispaniyalı futbolçu ABŞ klubunun növbəti transferi olacaq, keçmiş komanda yoldaşları Lionel Messi və Serxio Busketslə yenidən bir araya gələcək.

Razılaşmanın bütün bəndləri tam razılaşdırılıb, sadəcə müqavilənin imzalanmasını gözləmək qalıb. Məhz bundan sonra sövdələşmə rəsmi olaraq elan ediləcək. Xəbəri "İnter Mayami"nin prezidenti də təsdiqləyib.

Jordi Alba ötən mövsüm "Barselona"nın heyətində La Liqada 24 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti