Məşhur futbolçu zədəyə görə karyerasını bitirir

16:37 - 22 İyul 2023

"Real Sosyedad"ın futbolçusu David Silva peşəkar karyerasını bitirəcək.

Sportal.az xəbər verir ki, məşhur futbolçu zədə səbəbindən belə qərar qəbul edib. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

Komandasının yeni mövsüm hazırlıqları zamanı 37 yaşlı yarımmüdafiəçinin diz bağları qopub.

Qeyd edək ki, David Silva 2020-ci ilin yayında "Mançester Siti"dən ayrılaraq "Real Sosyedad"a keçmişdi. İspaniya millisinin sabiq üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 93 rəsmi matçda 7 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti