Arda Güler zədələndi: 3 ay oynamayacaq

11:32 - 30 İyul 2023

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin yeni transferi Arda Güler sıradan çıxıb. 18 yaşlı yarımmüdafiəçi dizindən zədə alıb.

Gənc oyunçu zədə səbəbindən komandanın təlim-məşq toplanışını tərk edərək müalicə üçün Madridə qayıdıb. Türkiyə millisinin üzvünün 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, "Real" Arda Güleri yay transfer pəncərəsi zamanı "Fənərbaxça"dan transfer edib.

Xəbər xətti