İspaniya milli komandasının sabiq üzvü Roberto Soldado peşəkar karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 38 yaşlı hücumçu qərarını sosial şəbəkə hesabında etdiyi paylaşımla açıqlayıb. Ulduz futbolçu komanda yoldaşlarına, məşqçilərinə, dostlarına və ailəsinə təşəkkür edib.
Qeyd edək ki, Roberto Soldado karyerası ərzində "Real", "Osasuna", "Xetafe", "Valensiya", "Tottemhem", "Vilyarreal", "Fənərbaxça", "Qranada" və "Levante"də çıxış edib. Təcrübəli forvard ispaniya yığmasının heyətində keçirdiyi 12 rəsmi matçda 7 qol vurub.
saytlarin hazirlanmasi