"Real"ın futbolçusu Antonio Rüdiger yerli mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, Almaniya millisinin üzvü müsəlman olduğunu və Allaha inandığını bildirib:
"Müsəlmanam, Allaha inanıram. Buna görə də matçlardan öncə dua etməyi sevirəm. Komanda yoldaşlarımın, rəqiblərimizin zədələnməməsi üçün və stadiondakı bütün insanlar üçün dua edirəm. Dua etmək üçün çox şeyə ehtiyacım yoxdur".
Qeyd edək ki, Antonio Rüdiger 2022-ci ilin yayından "Real"da çıxış edir. 30 yaşlı mərkəz müdafiəçisi "kral klubu"nun heyətində meydana çıxdığı 53 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi