Ulduz futbolçu millimizə qarşı oynamayacaq

16:38 - 10 Avqust 2023

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Tibo Kurtua sıradan çıxıb. 31 yaşlı qolkiper komandanın məşqi zamanı zədələnib.

Təcrübəli "əlcək sahibi"nin diz bağlarında zədə aşkarlanıb. Belçikalı futbolçu əməliyyat olunancaq. Onun uzun müddət yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Qeyd edək ki, Tibo Kurtua Belçika millisinin üzvüdür. Onun şərəfini qoruduğu yığma Avro-2024-ün seçmə mərhələsinin oyunu çərçivəsində 9 sentyabr tarixində Bakıda Azərbaycan seçməsinin qonağı olacaq.

Xəbər xətti