"Real"ın daha bir futbolçusu uzun müddət oynamayacaq

14:20 - 13 Avqust 2023

İspaniyanın "Real" klubunun heyətində növbəti ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Militao sıradan çıxıb.

25 yaşlı arxa xətt oyunçusu La Liqanın ilk turunun "Atletik"lə matçında (2:0) dizindən zədə alıb. Braziliyalı futbolçu mövsümün ilk yarısının oyunlarını buraxacaq.

Qeyd edək ki, "Real"ın qapıçısı Tibo Kurtua da dizindən aldığı zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.

Xəbər xətti