İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Vinisius Junior sıradan çıxıb. Braziliyalı futbolçu La Liqanın 3-cü turunun "Selta" ilə matçında (1:0) zədələnərək meydanı tərk edib.
23 yaşlı ön xətt oyunçusunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Real" Vinisiusu 2018-ci ilin yayında "Flamenqo"dan transfe edib. "Sambaçı" cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 2 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi