İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Fermin Lopesin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan yarımmüdafiəçi 2027-ci ilin yayına kimi "Barsa"ya məxsus olacaq.
La Liqa təmsilçisi 20 yaşlı futbolçunun sərbəstqalma məbləğini 400 milyon avro olaraq müəyyənləşdirib.
Qeyd edək ki, Fermin Lopes "Barselona"nın yetirməsidir. Gənc orta xətt oyunçusu cari mövsümdə La Liqada bir matçda meydana çıxıb.
saytlarin hazirlanmasi