"Barselona"dan əzmkar qalibiyyət - VİDEO

10:59 - 4 Sentyabr 2023

İspaniya La Liqasında 4-cü turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, son çempion "Barselona" səfərdə "Osasuna"nın qonağı olub. Qarşılaşma Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Barselona" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Osasuna" isə 6 xalla 10-cu yerdədir.

"Osasuna" - "Barselona" 1:2

Qollar: Çimi Avila, 76 - Jül Kunde, 45+1, Robert Lovandovski, 85 (pen)

Xəbər xətti