"Barselona"nın sabiq futbolçusu Boyan Krkiç kluba qayıdıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı veteran hücumçu Kataloniya təmsilçisinin akademiyasında çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin sabiq üzvü koordinator vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Boyan Krkiç "Barselona"nın yetirməsidir. O, 2007-2011 və 2013-2014-cü illərdə La Liqa təmsilçisinin əsas komandasında çıxış edib. Krkiç bu ilin yayında karyerasını başa vurub.
saytlarin hazirlanmasi