"Barselona" İspaniya millisinin üzvü ilə müqavilə imzaladı

14:52 - 20 Sentyabr 2023

İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Alexandro Baldenin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniya millisinin üzvü 2028-ci ilin yayına kimi La Liqa təmsilçisinə məxsus olacaq.

Qeyd edək ki, Alexandro Balde "Barselona"nın yetirməsidir. 19 yaşlı sol cinah müdafiəçisi əsas komandanın heyətində meydana çıxdığı 56 rəsmi matçda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti