"Mançester Yunayted"dən ayrıldıqdan sonra klubsuz olan David De Xea karyerasını ilə bağlı gözlənilməz qərar verə bilər.
Sportal.az xəbər verir ki, 33 yaşlı qolkiper peşəkar futbolla vidalaşmağı götür-göy edir. Bu barədə "The Guardian" nəşri məlumat yayıb.
İspaniya millisinin sabiq üzvü Avropanın böyük klublarından əsas qapıçı olmaq təklifi almasa, karyerasını başa vurmaq haqda düşünə bilər.
Ulduz futbolçu Səudiyyə Ərəbistanı klublarından cəlbedici təkliflər alsa da, heç birini qəbul etməyib. O, karyerasını ən yüksək səviyyədə davam etdirməyin tərəfdarıdır.
Qeyd edək ki, David De Xea "Atletiko"nun yetirməsidir. O, 2011-ci ilin yayında "Mançester Yunayted"ə transfer olunub. İspan "əlcək sahibi" "qırmızı şeytanların heyətində 12 il boyunca 545 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi