İspaniyanın "Barselona" klubu baş məşqçi Xavi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 43-cü yaşlı mütəxəssisin müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan məşqçi 2025-ci ilin yayına kimi komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayında "Barselona"nın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında ötən mövsüm ölkə çempionatının qalibi olub.
saytlarin hazirlanmasi