İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Frenki de Yonq sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderlandlı orta xətt oyunçusu La Liqanın 6-cı turunun "Selta"ilə matçında (3:2) zədələnib. Topuğundan xəsarət alan 26 yaşlı futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi