"Real"ın futbolçusu Arda Gülər yenidən zədələnib.
Sportal.az xəbər verir ki, köhnə zədəsini sağaldıb komanda ilə məşqlərə başlayan türk yarımmüdafiəçi yenə sıradan çıxıb. 18 yaşlı orta xətt oyunçusu "kral klubu"nun bu gün baş tutan hazırlıq prosesində sol ayaq əzələsindən xəsarət alıb.
Türkiyə millisinin üzvü ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Real" Ardan Güləri mövsümün əvvəlində "Fənərbaxça"dan transfer edib. Gənc futbolçu Madrid təmsilçisinin heyətində rəsmi matçlarda meydana çıxmayıb.
saytlarin hazirlanmasi