"Real"ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 8-ci turunun "Jirona" ilə matçında öncə açıqlamalar verib.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis zədə səbəbindən "kral klubu"nun son oyunlarını buraxan Visisius haqda danışıb. Ançelotti braziliyalı hücumçunu dünyanın ən yaxşısı adlandırıb:
"Vinisius çox yaxşı vəziyyətdədir. Tam sağalıb və məşqlərdə iştirak edir. Vinisius hazırda dünyanın ən yaxşı futbolçusudur".
Qeyd edək ki, "Jirona" - "Real" qarşılaşması sabah Bakı vaxtilə saat 20:30-da baş tutacaq.
saytlarin hazirlanmasi