"Real"ın zədəli futbolçusu Arda Gülərin yaşıl meydanlara qayıdacağı tarix məlum olub.
Sportal.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi 9-12 oktyabr tarixlərində olacaq milli fasilədən sonra hazır olacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Gənc futbolçunun 21 oktyabrda La Liqanın "Sevilya" və ya bundan 3 gün sonra Çempionlar Liqası qrup mərhələsinin "Braqa" ilə matçında meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, "Real" Arda Güləri mövsümlərarası fasilədə "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü Madrid təmsilçisinin heyətində rəsmi oyunlarda iştirak etməyib.
saytlarin hazirlanmasi