Baş məşqçi 2 ay sonra qovuldu

20:59 - 29 Sentyabr 2023

İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Almeriya" Visente Moreno ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Vidente Moreno bu ilin iyul ayında "Almeriya"nın baş məşqçisi təyin olunmuşdu. Komanda La Liqada 7 turdan sonra 2 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti