"Barselona" Frenki de Yonqun klubdakı gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı yarımmüdafiəçini uzun müddət heyətdə saxlamaq istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Son İspaniya çempionu 26 yaşlı orta xətt oyunçusunun müqaviləsini 2028-ci ilin yayına kimi uzadacaq. Klubun idman direktoru Deko məsələ ilə bağlı futbolçunun meneceri ilə görüşüb.
Artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın günlərdə rəsmi açıqlama ediləcək.
Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.