İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisinin yarımmüdafiəçisi Rafinya sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı vinger La Liqanın 7-ci turunun "Sevilya" ilə matçında (1:0) sıradan çıxıb. 26 yaşlı futbolçu La Liqada "Qranada", "Çempionlar Liqasında isə "Portu" ilə oyunda iştirak etməyəcək.
Qeyd edək ki, Rafinya cari mövsümdə "Barselona"nın heyətində meydana çıxdığı 7 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi