La Liqada 9-cu tur böyükhesablı qələbə ilə başladı - VİDEO

09:54 - 7 Oktyabr 2023

İspaniya La Liqasında 9-cu tura start verilib.

Sportal.az xəbər verir ki, "Atletik" doğma meydanda "Almeriya"nı qəbul edib. Qarşılaşma Bilbao təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 17-yə yüksəldən "Atletik" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 3 xalı olan "Almeriya" isə sonuncu yerdədir.

"Atletik" - "Almeriya" 3:0

Qollar: Quruzeta, 10, Qarsiya, 63, Sanset, 81

Xəbər xətti