İspaniyanın "Atletiko" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Xose Mariya Ximenesin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı mərkəz müdafiəçisi 2028-ci ilin iyun ayınadək La Liqa klubuna məxsus olacaq.
Qeyd edək ki, "Atletiko" Xose Mariya Ximenesi 2013-cü ilin aprel ayında "Danubio"dan transfer edib. Uruqvay millisinin üzvü cari mövsümdə "hindular"ın heyətində 5 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi