İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisini Dieqo Alonso çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Dieqo Alonso son olaraq Uruqvay milli komandasını çalışdırıb. Uruqvaylı məşqçi bu ilin fevral ayında istefaya göndərilib.
Qeyd edək ki, "Sevilya" bir neçə gün öncə Xose Luis Mendilibarla yollarını ayırmışdı.
saytlarin hazirlanmasi