İspaniyanın "Kordoba" klubunun 18 yaşlı futbolçusu Alvaro Prieto vəfat edib.
Sportal.az xəbər verir ki, gənc oyunçunun cansız bədəni aşkarlanıb. Bu barədə yerli AS nəşri məlumat yayıb.
Cəsəd Sevilya şəhərinin Santa-Xusta stansiyasında, körpünün altındakı iki vaqon arasında tapılıb.
Qeyd edək ki, gənc oyunçu bir neçə gün əvvəl itkin düşmüşdü.
saytlarin hazirlanmasi