Ardıcıl ikinci dəfə ən yaxşı seçildi

12:36 - 21 Oktyabr 2023

İspaniyanın "Real" klubunda sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına Cud Bellingem layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.

Qeyd edək ki, 20 yaşlı Cud Bellingem avqust ayının də ən yaxşı oyunçusu seçilmişdi.

Xəbər xətti