"Bellingem dünyanın ən yaxşılarından ola bilər"

20:18 - 26 Oktyabr 2023

"Mançester Siti"nin sabiq futbolçusu Serxio Aquero "Real"ın oyunçusu Cud Bellingem haqda danışıb.

Sportal.az xəbər verir ki, argentinalı veteran hücumçu 20 yaşlı ingiltərəli yarımmüdafiəçinin dünyanın ən yaxşılarından biri olacağını bildirib:

"Bellingem dünyanın ən yaxşılarından ola bilər. Sadəcə İngiltərə üçün etdiklərinə baxın. Çox böyük şeylərdir. "Real"a adapdasiyası heyranedicidir. Gənc oyunçudur. Amma belə böyük klubda oynamağın təzyiqi ona təsir etmir. Əgər belə davam etsə, ən yaxşıların arasında olacaq".

Xəbər xətti