İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Orelyen Tçuameni sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçi La Liqanın "Barselona" ilə matçında (2:1) sıradan çıxıb. Ayaq barmağı sınan 23 yaşlı yarımmüdafiəçi 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
saytlarin hazirlanmasi