Vinisius Juniorun müqaviləsini uzadan "Real" daha bir futbolçusu ilə razılıq əldə edib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Rodriqo ilə də uzunmüddətli sözləşmə imzalayacaq. Bu barədə Fabritsio Romano məlumat yayıb.
"Real" braziliyalı hücumçunun müqaviləsinim müddətini 2028-ci ilin yayına kimi artıracaq. "Kral klubu" 22 yaşlı ön xətt oyunçusunun sərbəstqalma məbləğini 1 milyard avro təyin edəcək. Yaxşın günlərdə rəsmi açıqlama olacaq.
Qeyd edək ki, "Real" Rodriqonu 2019-cu ilin yayında "Santos"dan transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə komandanın heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi