İspaniyanın "Atletiko" klubu baş məşqçi Dieqo Simeone ilə yola davam edəcək.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi argentinalı mütəxəssisin sözləşməsini 2027-ci ilin yayına kimi uzadacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Simeone klubda olan maliyyə problemlərinə görə maaşının azaldılmasına razı olub.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ilin dekabr ayından "Atletiko"nu çalışdırır. Onun klubla hazırkı sözləşməsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi