"Real" fransalıya 1 milyard avro qiymət qoydu

18:30 - 7 Noyabr 2023

İspaniyanın "Real" klubu Eduardo Kamavinqa ilə uzunmuddətli müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi 20 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2029-cu ilin yayına kimi uzadıb. bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Kral klubu" gənc futbolçunun sərbəstqalma məbləğini 1 milyard avro olaraq təyin edib.

Qeyd edək ki, "Real" Eduardo Kamavinqanı 2021-ci ilin yayında "Renn"dən transfer edib. Fransalı oyunçu cari mövsümdə komandanın heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti