İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi Federiko Valverdenin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi 2029-cu ilin yayına kimi Madrid klubuna məxsus olacaq. Onun sərbəstqalma məbləği 1 milyard avro olaraq təyin olunub.
Qeyd edək ki, "Real" Federiko Valverdeni 2016-cı ilin yayında "Penyarol"dan transfer edib. Uruqvay millisinin üzvü cari mövsümdə "kral klubu"nun heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi