"Real"ın heyətində növbəti ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Eduardo Kamavinqa Fransa milli komandasının düşərgəsində zədələnib. Dizindən xəsarət alan 21 yaşlı futbolçu məşqi davam etdirə bilməyib.
Gənc orta xətt oyunçusunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Real"da Arda Güler, Tibo Kurtua, Cud Bellingem, Eder Militao və Orelyen Çuameni də zədəlidir.
saytlarin hazirlanmasi