"Real"ın daha bir futbolçusu zədələnib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Vinisius Junior DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya ilə matçında (1:2) sıradan çıxıb.
23 yaşlı ön xətt oyunçusu rəqib müdafiəçi Davinson Sançeslə mübarizə zamanı yerdə qalıb. Ulduz futbolçu oyunu davam etdirə bilməyib. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Real"ın heyətində Tibo Kurtua, Arda Güler, Eder Militao, Orelyen Çuameni, Eduardo Kamavinqa və Cud Bellingem zədəlidir.
saytlarin hazirlanmasi