İspaniya millisinin üzvü üçün mövsüm erkən bitdi

13:55 - 17 Noyabr 2023

İspaniyanın "Vilyarreal" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisinin hücumameyilli yarımmüdafiəçisi Yeremi Pisno sıradan çıxıb.

21 yaşlı vingerin diz çarpaz bağları qobup. Gənc oyunçu əməliyyat olunacaq. İspaniya millisini üzvünün mövsümün sonuna kimi yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Yeremi Pino cari mövsümdə "Vilyarreal"ın heyətində 10 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti