"Barselona"nın futbolçusu üçün mövsüm erkən bitdi: Avro-2024-də olmayacaq

18:09 - 20 Noyabr 2023

Avro-2024-ün seçmə mərhələsinin Gürcüstanla matçında zədələnən İspaniya millisinin üzvü Qavinin durumu bəlli olub.

Sportal.az xəbər verir ki, "Barselona"nın futbolçusunun diz çarpaz bağları qopub. 19 yaşlı yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq.

Gənc oyunçu 7 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, 2023/2024 mövsümü Qavi üçün erkən bitməli olacaq. O, həmçinin Avro-2024-də İspaniya millisinə kömək edə bilməyəcək.

Xəbər xətti