La Liqanın prezidenti istefa verdi

19:30 - 22 Noyabr 2023

İspaniyanın səviyyəcə 1-cı və 2-ci liqasında mübarizə aparan 42 klubun bağlı olduğu La Liqanın rəhbəri Xavyer Tebas istefa verib.

Sportal.az xəbər verir ki, o, yenidən prezident seçilmək üçün bu addımı atıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Tebas istefa verdiyi üçün 2024-cü ildə baş tutmalı olan La Liqa prezidenti seçimi 2023-cü ildə keçiriləcək.

2013-cü ildən qrurumun rəhbəri olan funksioner növbəti seçkidə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Xəbər xətti