Prokuror Dani Alveşə şok cəza istədi

14:07 - 24 Noyabr 2023

2023-cü ilin yeni il gecəsi İspaniyada gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunan Dani Alveşdən yeni xəbər var.

Sportal.az xəbər verir ki, 1 ilə yaxındır həbsdə olan "Barselona"nın sabiq futbolçusunun istintaqı yekunlaşıb.

Braziliyalı müdafiəçinin işi məhkəməyə göndərilib. Prokuror 40 yaşlı müdafiəçiyə 9 il həbs cəzası istəyib. Bundan əlavə Alveş təcavüz etməkdə ittiham olunduğu qadına 150 min avro təzminat ödəyəcək. Braziliya millisinin sabiq üzvü azadlığa çıxdıqdan sonra 10 il müddətində polis nəzarətində olacaq.

Xəbər xətti