"Real" rəhbərliyi mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Karlo Ançelotti ilə bağlı qərarını dəyişib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi italiyalı məşqçi ilə yola davam edəcək. Bu barədə "Relevo" nəşri məlumat yayıb.
"Kral klubu" 64 yaşlı mütəxəssisə yeni 2 illik müqavilə təklif edəcək.
Qeyd edək ki, Karlo Ançelottinin "Real"la hazırda qüvvədə olan sözləçməsinin müddəti mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi