İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Dani Karvahal sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı sağ cinah müdafiəçisi La Liqanın "Qranada" ilə matçında (2:0) sol ayağından zədələnib. İspaniya millisinin üzvü 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu, isə o deməkdir ki, təcrübəli arxa xətt oyunçusu 2023-cü ilin yayına kimi komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Dani Karvahal cari mövsümdə "Real"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi