Zədəsini sağaldan Arda Güler yaxın günlərdə "Real"ın heyətində debüt edə bilər.
Sportal.az xəbər verir ki, məşqçilər korpusu türk yarımmüdafiəçiyə La Liqanın 17-ci turunun "Vilyarreal"la matçında şans verməyi planlaşdırır. Bu barədə " Diario AS" nəşri məlumat yayıb.
"Real" - "Vilyarreal" qarşılaşması 18 dekabr tarixində baş tutacaq.
Arda Güler "Real"a yayda "Fənərbaxça"dan transfer olunub. 18 yaşlı futbolçu zədədən əziyyət çəkdiyi üçün hələ "kral klubu"nun heyətində debüt edə bilməyib.
saytlarin hazirlanmasi