İspaniya La Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Sevilya" Dieqo Alonso ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Dieqo Alonso oktyabr ayında Xose Luis Mendilibarın əvəzinə "Sevilya"nın baş məşqçisi təyin olunmuşdu.
saytlarin hazirlanmasi