İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Pedri sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın məşqçi zamanı ispaniyalı orta xətt oyunçusu ayaq əzələsindən zədə alıb. Onun müalicəsinə başlanılıb. 21 yaşlı futbolçunun yaşıl meydanlara qayıdışı müalicə prosesindən asılı olacaq.
Qeyd edək ki, Pedri cari mövsümdə "Barselona"nın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi