"Gəncə" rusiyalı üzvü ilə yollarını ayırdı

13:34 - 23 Dekabr 2023

“Gəncə” voleybol klubu heyətin formalaşdırılması istiqamətində işlərə başlayıb.

Sportal.az xəbər verir ki, "sarı-göylər" rusiyalı voleybolçu Anna Balberova ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məşqçilər korpusunun etimadını doğrultmayan voleybolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Anna Balberova cari mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.

Xəbər xətti