İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Markos Alonso sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belində ağrılar olan 33 yaşlı sol cinah müdafiəçisi əməliyyat olunacaq. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.
Qeyd edək ki, Markos Alonso cari mövsümdə "Barselona"nın heyətində 7 rəsmi matçda meydana çıxıb. İspan futbolçunun klubla müqaviləsi mövsümün sonunda başa çatır.
saytlarin hazirlanmasi