Millimiz Estoniya ilə qarşılaşacaq

10:40 - 3 Yanvar 2024

Bu gün Litvanın Şaulyay şəhərində Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatı çərçovəsində 20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi ilk oyununu keçirəcək.

Sportal.az xəbər verir ki, yığmamız Estoniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtilə saat 14:00-da başlayacaq.

Yığma komandanın növbəti görüşləri isə  Latviya, Ukrayna və Polşaya qarşı olacaq.

Yanvarın 7-dək baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Xəbər xətti