"Gəncə" rusiyalı ilə yollarını ayırdı

15:24 - 6 Yanvar 2024

“Gəncə” Voleybol Klubu daha bir oyunçu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, rusiyalı voleybolçu Anna Dmitrieva ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Dmitreva cari mövsümün əvvəlində Rusiyanın “Peterburq-Qaz” klubundan transfer olunmuşdu.

Qeyd edək ki, "Gəncə" daha əvvəl digər rusiyalı voleybolçu - Anna Balberova ilə vidalaşıb.

Xəbər xətti