Madrid "Atletiko"sunun heyətində ciddi tiki baş verib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisinin müdafiəçisi Sezar Aspilikueta sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı sağ cinah müdafiəçisinin xarici menisküsündə yırtıq aşkarlanıb. İspan futbolçu 8-12 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Aspilikueta İspaniya Kubokunun 1/8 finalında "Real"a qarşı matçda (4:2) zədələnib.
saytlarin hazirlanmasi