"Barselona" kubokda mübarizəni dayandırdı - VİDEO

10:42 - 25 Yanvar 2024

İspaniya Kral Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Barselona" səfərdə "Atletik"in qonağı olub. Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb.

Əlavə vaxtda daha 2 qol vuran Bilbao təmsilçisi yarımfinala yüksəlib.

"Atletik" - "Barselona" 4:2
Qollar:
Quruzeta, 1, Sanset, 49, İniaki Villiams, 105+2, Niko Villiams, 120+1 - Levandovski, 26, Yamal, 32

Xəbər xətti